Liqa 1-də turun son matçı yarıda qaldı

Futbol üzrə Fransa çempionatında 14-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Monako” doğma meydanda “Lill”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Lider PSJ bu turda “Nant”la qarşılaşıb və inamlı qələbəyə sevinib. “Renn” də “Monpelye”ni məğlub yola salıb.

Sonuncu oyun günündə altı qarşılaşma keçirilib. Kifayət qədər məhsuldar alınan “Mets” – “Bordo” matçında qalib müəyyənləşməyib. “Strasburq” – “Reyms” görüşü də bərabərliklə yekunlaşıb. “Brest” “Lans” üzərində darmadağına sevinib. “Anje” “Loryan”ı, “Sent-Etyen” isə “Trua”nı minimal hesabla üstələyib.

Turun qapanış matçında Lion və Marsel “Olimpik”ləri qarşılaşıb. Lakin bu görüş yarımçıq qalıb. Buna yerli azarkeşlərin qonaq futbolçulara oynamaq imkanı verməmələri səbəb olub. Belə ki, matçın 3-cü dəqiqəsində Marsel təmsilçisi künc zərbəsi yerinə yetirmək istəyərkən, tribunadan yad əşyalar atılıb. Nəticədə yarımmüdafiəçi Dimitri Payetin başına su qabı dəyib. Qarşılaşmanın baş hakimi komandaları meydandan çıxarıb. Uzun sürən müzakirələrdən sonra oyunun davam etdirilməməsi qərara alınıb və görüş təxirə salınıb.

Fransa Liqa 1, 14-cü tur

19 noyabr

Monako – Lill 2:2
Qol
: Diatta, 41. Ben Yedder, 83 – David, 5-pen; 9.

20 noyabr

PSJ – Nant 3:1
Qol
: Mbappe, 2. Appya, 81-öz qapısına. Messi, 87 – Muani, 76.

Renn – Monpelye 2:0
Qol
: Terrye, 8. Mayer, 28.

21 noyabr

Brest – Lans 4:0
Qol
: Munye, 3. Şardonne, 13. Favr, 33. Le Duaron, 69.

Anje – Loryan 1:0
Qol
: Manqani, 68.

Mets – Bordo 3:3
Qol
: De Preville, 45. Nquette, 51; 70 – Elis, 17. Udin, 39; 65.

Strasburq – Reyms 1:1
Qol
: Belleqarde, 90+6 – Ekitike, 22.

Trua – Sent-Etyen 0:1
Qol
: Trauko, 60.

Klermon – Nitsa 1:2
Qol
: Ojye, 17 – Quiri, 76; 82.

Lion – Marsel matçı yarıda dayandırılıb

Bombardir: Conatan Devid (Lill) – 8 qol.