“Neftçi” “Qarabağ”a, “Sumqayıt” “Səbail”ə uduzdu

Dünən Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Sabah” doğma meydanda “Qəbələ”ni qəbul edib və 2 cavabsız qolla uduzub.

Günün digər matçında “Zirə” səfərdə “Keşlə” ilə qarşılaşıb. Bu oyunda da qonaqlar inamlı qələbəyə seviniblər.

Tura bu gün keçirilən iki qarşılaşma ilə yekun vurulub. Əvvəlcə “Səbail” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıb.

Turun mərkəzi görüşündə “Neftçi” və “Qarabağ” üz-üzə gəlib. Komandalar buna qədər 83 dəfə üz-üzə gəlmişdilər. Bu matçların 30-da “Qarabağ”, 23-də isə “Neftçi” qələbə qazanmışdı. Üç qolun qeydə alındığı bu oyun isə Ağdam təmsilçisinin qələbəsiylə başa çatıb.

Azərbaycan Premyer Liqası, 3-cü tur

11 sentyabr

Sabah – Qəbələ 0:2
Qol: Y.Akakpo, 53. Ü.İsgəndərov, 90+3.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”.

Sabah: 16. Saşa Stamenkoviç (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 21. İldar Alekperov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Yusif İmanov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 66. Abdulax Xaybulaev, 33. Camal Cəfərov.
Baş məşqçi: Ramin Quliyev.
Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli.
Baş məşqçi: Elmar Baxşıyev.

______________________________________________________________________________________________________________________________

Keşlə – Zirə 0:2
Qol: D.Volkov, 63; 72.
Qırmızı vərəqə: A.Abanq, 28.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 21. Miyusko Boyoviç, 9. Anatole Abanq, 17. Omar Qudiabi, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 77. Merab Giqauri, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 33. Fərid Nadirov.
Baş məşqçi: Sənan Qurbanov.
Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Məhəmməd Hamdaui, 88. Georgi Stoilov, 5. Rauf Hüseynli.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 2. Sertan Taşqın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 11. Velves Santos, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 13. Ramin Əhmədov, 4. Cəlal Hüseynov, 25. Vüsal Əliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

_____________________________________________________________________________________________________________________________

12 sentyabr

Səbail – Sumqayıt 1:0
Qol: C.Əmirli, 64.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”

Səbail: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurgen Qoxa, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 44. Şamil Cəfərov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 21. Sənan Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.

_____________________________________________________________________________________________________________________________

Neftçi – Qarabağ 1:2
Qol: E.Mahmudov, 47 – V.İbrahima, 21; 45.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
8-ci km stadionu

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 14. Romen Bask, 36. Mamadu Kane, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 98. Famil Camalov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 4. Huqo Basto, 91. Ramon Maçado, 9. Tyaqo Bezerra, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 10. Abdullah Zubir, 11. Xayme Romero, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borges, 25. Vadji İbrahima, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 29. Marko Vesoviç, 22. Musa Qurbanlı, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.