Konfrans Liqası: “Qarabağ” “Aşdod”la heç-heçə etdi

Bu gün Avropa Konfrans Liqasında 2-ci mərhələnin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da turnirdəki ilk matçına bu gün çıxıb.

“Qarabağ” İsrailin “Aşdod” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesab açılmayıb.

“Qarabağ” “Aşdod” səddini keçsə, növbəti mərhələdə AEL (Kipr) – “Vlajniya” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Konfrans Liqasında 2-ci mərhələnin cavab oyunları iyulun 29-da keçiriləcək.

Konfrans Liqası, 2-ci mərhələ, ilk oyunlar

22 iyul

Qarabağ – Aşdod (İsrail) 0:0
Qırmızı vərəqə: M.Medvedev, 83.
Baş hakim: Sergey Boyko (Ukrayna)

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Tural Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Aşdod: 1. Yoav Jarafi, 3. Gil Kohen, 5. Nenad Çvetkoviç, 6. Feras Abu Akal, 11. Lior Einbrom, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken (k), 23. Martin Rainov, 71. David Roi Nyenque, 77. Yakov Brihon, 99. Oz Bilevi.
Ehtiyat oyunçular: 90. Roi Mişpati, 9. Şalev Haroş, 10. Mussa Baqayoko, 12. Bar Netanel, 14. Yoni Sisay, 16. Zohar Zasano, 18. Guy Dahan, 26. Abdul Muqesse Zakariya, 30. Navaf Bzeya, 55. Naor Sabaq, 66. Nir Migel Hassan.
Baş məşqçi: Ran Ben Şimon.