“Borussiya”dan darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Leyptsiq” doğma meydanda “Hoffenhaym”la qarşılaşıb. Oyun qolsuz başa çatıb.

Lider “Bavariya” bu turda turnir cədvəlinin 3-cüsü “Volfsburq”la səfərdə üz-üzə gəlib və çətin qələbəyə sevinib. “Bayer” “Köln”ü darmadağın edib.

Dortmund “Borussiya”sı isə “Verder”i qəbul edib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

Bu turun “Maynts” – “Herta” matçı da qonaqların heyətində koronavirusa yoluxanların olması səbəbindən təxirə salınıb.

Almaniya Bundesliqası, 29-cu tur

16 aprel

Leyptsiq – Hoffenhaym 0:0

17 aprel

Auqsburq – Arminiya 0:0

Borussiya M – Ayntraxt 4:0
Qol
: Ginter, 10. Hofmann, 60. Bensebaini, 67. Volf, 90+5.

Frayburq – Şalke 4:0
Qol
: Holer, 7. Sallai, 22. Gunter, 50; 74.

Yunion – Ştutqart 2:1
Qol
: Promel, 20. P.Musa, 43 – Forster, 49.

Volfsburq – Bavariya 2:3
Qol
: Veqorst, 35. Filipp, 54 – Musiala, 15; 37. Şupo-Motinq, 24.

Bayer – Köln 3:0
Qol
: Beyli, 5; 76. Diabi, 51.

18 aprel

Borussiya D – Verder 4:1
Qol
: Reyna, 29. Haland, 34; 38. Hummels, 87 – Raşiça, 14.

Maynts – Herta matçı təxirə salınıb

Bombardir: Robert Levandovski (Bavariya) – 35 qol.