“Bavariya”dan darmadağın, “Borussiya”dan inamlı qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Münhenqladbax “Borussiya”sı səfərdə autsayderlər qrupunda yer alan “Arminiya”nın qonağı olub və minimal hesabla qalib gəlib. “Leyptsiq” də “Ştutqart”la səfər oyunundan qələbə ilə dönüb.

“Hoffenhaym” evdə “Frayburq”a, “Köln” “Auqsburq”a, “Verder” isə “Yunion”a uduzub.

“Ayntraxt” “Bayer”i, “Herta” da “Şalke”ni məğlub yola salıb.

Lider “Bavariya” bu tur çərçivəsində “Maynts”ı sınağa çəkib. Münhen təmsilçisi bu görüşdə darmadağına sevinib. Dortmund “Borussiya”sı isə “Volfsburq”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Almaniya Bundesliqası, 14-cü tur

2 yanvar

Hoffenhaym – Frayburq 1:3
Qol
: Bebu, 58 – Santamariya, 7. Qrifo, 34-pen. A.Kasım, 42-öz qapısına.

Köln – Auqsburq 0:1
Qol
: Yaqo, 77.

Verder – Yunion 0:2
Qol
: Bekker, 12. Avoniyi, 28.

Arminiya – Borussiya M 0:1
Qol
: Embolo, 58.

Ayntraxt – Bayer 2:1
Qol
: Yunes, 22. Tapsoba, 54-öz qapısına – Amiri, 10.

Herta – Şalke 3:0
Qol
: Genduzi, 36. Kordoba, 52. Pyontek, 80.

Ştutqart – Leyptsiq 0:1
Qol
: Olmo, 67.

3 yanvar

Borussiya D – Volfsburq 2:0
Qol
: Akanji, 66. Sanço, 90+1.

Bavariya – Maynts 5:2
Qol
: Kimmix, 50. Sane, 55. Süle, 70. Levandovski, 76-pen; 83 – Kurkardt, 32. Hakk, 44.

Bombardir: Robert Levandovski (Bavariya) – 18 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button