“Bu futbolçularla qürur duyuram” – Sulşer

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsi çərçivəsində “Mançester Siti”yə 1:0 hesabı ilə qalib gələn “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, norveçli mütəxəssis, matçla bağlı bunları bildirib:

“Bu futbolçularla qürur duyuram. Onlar “Mançester Siti”ni öz meydanında 6 həftə ərzində iki dəfə məğlub etdilər. Futbolçular əllərindən gələn hər şeyi etdilər. İlk hissədə çox şans yaratmasaq da, rəqibə təzyiq göstərdik. Oyundan məmnunam.

Təbii ki, Pol Poqba, Markus Reşford kimi futbolçuların meydanda olmasını istəyərdik. Onların yoxluğuna baxmayaraq, rəqibi yenidən məğlub etdik. Futbolçular etdiklərinin nə qədər əhəmiyyətli olduğunu bilməlidirlər. Turnirdə mübarizəni dayandırmaq qəribədir, amma komandamla qürur duyuram”.

“Mançester Yunayted” cavab görüşündə qələbə qazansa da, ilk matçda 3:1 hesabı ilə qalib gələn MS kubokun final oyununa “bilet” alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button