“Bu, dünya müharibəsidir” – Klub prezidenti

İtaliyanın “Atalanta” klubunun prezidenti Antonio Perkassi koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ölkədəki xəstəxanalardan birini ziyarət edən klub rəhbəri, bunları deyib:

“Xəstaxanadan içəri girəndə, ağlaya bilərdim. Bütün həkimlərə təşəkkür edirəm, onlar bu vəziyyətdə öz işlərini bu cür görməyə davam edirlər. Bu, inanılmazdır. Xəstanadakı vəziyyət kabus kimidir, oranı görəndə, sadəcə ağlamaq istəyirsən. Qarşımızda görünməz bir düşmən var. Bu, dünya müharibəsidir”.

“Atalanta”nın 4 əməkdaşı da bu pandemiyadan dünyasını dəyişib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button