“Lunyov “Qarabağ”a gələndə onun maaşı əvvəlcə ciddi şəkildə aşağı qiymətləndirilib”

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov müştərisinin Azərbaycan klubundan maaşının dəfələrlə artırılmasını istəməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, rusiyalı qapıçının meneceri Lunyovun maaşının ciddi şəkildə aşağı qiymətləndirildiyini bildirib:

“Danışıqlar sükutu sevir. Klubdan birinin niyə bu məlumatı yaydığını başa düşmək istərdim, çünki bu cür davranış qətiyyən Andreyin qalmasına kömək etməyəcək. Düşünürəm ki, bir nüansa aydınlıq gətirmək vacibdir: Lunyov “Qarabağ”a gələndə onun maaşı əvvəlcə ciddi şəkildə aşağı qiymətləndirilib”.

Rusiyalı qolkiper “Qarabağ”a ötən yay keçmişdi. Bu müddət ərzində o, Azərbaycan çempionatının 14 oyununda iştirak edib ki, bunun da beşində qapısını toxunulmaz saxlaya bilib. Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button