Bu, çox utancvericidir – “Napoli”nin futbolçusu

İtaliya A Seriyasının 18-ci turu çərçivəsində keçirilən “İnter” – “Napoli” (1:0) oyununda irqçiliyə məruz qalan “Napoli”nin futbolçusu Xalidu Kulibali açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu hadisədən sonra insanların ona verdiyi dəstək haqqında danışıb:

“Bu məsələdən sonra ailəm məni dəstəklədi. Bu, adi görünə bilər, amma  mənim üçün çox önəmli idi. Ailəm mənim üçün çox vacibdir, onların yanımda olduğunu bilmək gözəl idi. Bundan başqa, tanımadığım insanlardan da dəstək mesajları gəlirdi. Bu dəstəyi heç vaxt unutmayacam. Biz hər kəsin fərqli, amma bərabər olduğunu anlamalıyıq. Dünya bu məsələdə xeyli inkişaf etdi, amma hələ də mübarizə aparmalıyıq. Bu, çox utancvericidir”.

Seneqal millisinin üzvü Fransada belə hallarla qarşılaşmadığını deyib:

“Düşünürəm ki, Fransa bu baxımdan İtaliyadan fərqlidir. Fransada doğulmuşam, amma heç bir problem yaşamamışam. Çoxlu yad insanlar arasında yaşamışam. Türklər, şimali afrikalılar, seneqallı və fransızlarla birlikdə yaşadıq, ancaq heç bir problem olmadı. Buna görə də, Fransanın İtaliyadan fərqli olduğunu düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button