“Bu, bizim üçün daha faydalı olacaq” – “Neftçi”nin braziliyalısı

“Hazırlıqlarımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq”.

Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Tallison Dias klubun telekanalına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.

Braziliyalı müdafiəçisinin sözlərinə görə, indiki məqamda Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır:

“Bütün komanda burdakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq”.

“Keşlə” ilə yoxlama matçında (4:3) dubl edən Tallison, komandaya kömək etdiyi üçün şad olduğunu bildirib:

“Sevindirici haldır ki, son oyunda iki qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orda etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button