Skolari qovuldu

Braziliyanın “Palmeyras” klubu baş məşqçisi Luis Felipe Skolari ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 70 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib. “Palmeyras” Braziliya A Seriyasında son 4 oyunda 3 dəfə heç-heçə edib, 1 dəfə də məğlub olub.

2018-ci ildə “Palmeyras”a baş məşqçi təyin olunan Skolarinin müqaviləsi 2020-ci ilin yayına qədər idi. “Palmeyras” Skolarinin rəhbərliyi ilə ötən mövsümdə Braziliya çempionatının qalibi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button