Neymar: “Finalda Argentina ilə qarşılaşmaq istəyirəm”

Braziliya milli komandasının futbolçusu Neymar Amerika kubokunun finalında qarşılaşmaq istədiyi komandanın adını açıqlayıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu, həlledici oyunda Argentina ilə qarşılaşmaq istədiyini deyib:

“Finalda Argentina ilə qarşılaşmaq istəyirəm. Çünki orda çoxlu dostum var. Ancaq finalda qələbə Braziliyanın olacaq”.

Amerika kubokunda finala yüksələn Braziliya yığmasının rəqibi Argentina – Kolumbiya matçının qalibi olacaq.