
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finalda
Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.
Komanda.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Laşa Nadiradzeni (Gürcüstan) məğlub edib.
O, qızıl medal uğrunda Vaja Margelaşvili (Gürcüstan) – Alberto Martin (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
60 kq-dakı Balabəy Ağayev eyni raundda Luka Mxeidzeyə (Fransa) uduzub. İdmançı bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



