“Borussiya”nın futbolçusu rəsmən PSJ-də

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Abdu Diallo PSJ-yə transfer olunub.

Komanda.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 22 nömrəli formanı geyinəcək.

PSJ-nin fransalı futbolçu üçün Dortmund təmsilçisinə 32 milyon avo ödədiyi bildirilir.

Diallo ötən mövsüm “Borussiya”nın heyətinə 38 oyuan 1 qol vurub, 1 məhsuldar ötürmə edib. “Monako”nun yetirməsi olan futbolçu, Dortmund klubundan öncə “Sulte-Varegem” və “Maynts”da da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button