“Borussiya”dan yeni baş məşqçisi ilə 3 illik müqavilə

Adi Hütter Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasının yeni baş məşqçisi kimi rəsmən təqdim olunub.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssis bu gün klubun bazasına baş çəkib. O, yeni klubu ilə müddəti 2024-cü ilin yayında bitəcək müqaviləyə imza atıb.

Qeyd edək ki, Hütter son üç mövsümdə “Ayntraxt”a (Frankfurt) rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button