“Borussiya”da Aksel Vitsel şoku

Dortmund “Borussiya”sı ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Aksel Vitsel ağır zədə alıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçika millisinin üzvü Bundesliqanın 15-ci turunda “Leyptsiq”lə görüşdə (3:1) sıradan çıxıb. Dabanında sınıq aşkarlanan futbolçunun bir neçə ay meydana çıxa bilməyəcək.

Ulduz futbolçunun Avropa çempionatında da iştirak edə bilməyəcəyi ehtimal olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button