“Borussiya” rekord transferə imza ata bilər

“Borussiya” qış transfer pəncərəsində “Çelsi”dən müdafiəçi Yan Matseni icarəyə götürüb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, 22 yaşlı niderlandlı futbolçu Dortmundda qala bilər, lakin onlar bunun üçün 35 milyon funt-sterlinq (təxminən 40 milyon avro) ödəməli olacaqlar.

Beləliklə, “Borussiya” rekord transfer edə bilər. İndiyədək Dortmund klubuna gələn ən bahalı futbolçu Osman Dembele olub. Klub onun üçün bir vaxtlar 35 milyon avro ödəyib.

Yan Matsen “Borussiya”nın heyətində 18 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button