
Almaniya klubundan “Çelsi”yə təklif
Dortmund “Borussiya”sı 21 yaşlı yarımmüdafiəçi Karni Çukvuemeka üçün “Çelsi”yə icarə təklifi edib.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
“Arılar”ın icarə təklifinə ingilis futbolçunu 30 milyon avroya almaq hüququ da daxildir.
Çukvuemeka bu mövsüm bütün yarışlarda 5 oyun keçirib. Onun “Çelsi” ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin