“Borussiya” Roysla vidalaşır – Rəsmi

Dortmund “Borussiya”sı futbolçusu Marko Roysla müqaviləni yeniləməmək qərarına gəldiyini açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi cari mövsümün sonunda “Borussiya”nı tərk edəcək.

Marko Roys 2012-ci ilin yayından “Borussiya”da çıxış edir. O komanda ilə ümumilikdə 424 rəsmi oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə verib.

Bu ay Roysun 35 yaşı tamam olacaq.

“Borussiya” mayın 1-də Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda öz meydanında PSJ-ni məğlub edib (1:0).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button