Subotiç yenidən Bundesliqada

“Borussiya” (Dortmund) klubunun sabiq futbolçusu Neven Subotiç yenidən Almaniyaya qayıdıb.

Komanda.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Bundesliqanın debütantı “Yunion” klubuna transfer olunub. Bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Subotiçlə 2 illik müqavilə imzalanıb.

2008-2018-ci illər aralığında “Borussiya”da forma geyinən Subotiç, son olaraq Fransanın “Sent-Etyen” klubunun uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button