Bonuççi “Yuventus”dan getdi

Leonardo Bonuççi uzun illər formasını geyindiyi “Yuventus” klubu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisi bununla bağlı paylaşım edib.

Məşqçilər korpusu ilə yola getmədiyi üçün transferə çıxarılan Bonuççi vida mesajında “qoca sinyora”nın azarkeşlərinə təşəkkürünü bildirib:

“Burada çox şey öyrəndim, mübarizə apardım, xəyal qurdum. Düşündüyümdən daha çoxuna nail oldum. Bu günün reallığı evim kimi qəbul etdiyim, daim sevəcəyim klubu tərk etməyimi şərtləndirir”.

2010-2017 və 2018-2023-cü illərdə “Yuventus”un formasını geyinən Bonuççi 502 oyunda 37 qol vurub, 10 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button