Ayağı sındı, taksinin yük yerində xəstəxanaya aparıldı VİDEO+FOTO

Boliviya çempionatının “Oriente Petrolero” – “Quabri Montero” matçında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmanın 75-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Mario Kuelyarın ayağı sınıb. Stadionda təcili tibbi yardım maşını olsa da, xidməti avtomobilin sürücüsü tapılmayıb. Buna görə də, ayağı sınan Kuelyar xəstəxanaya taksi vasitəsilə gedib. Müdafiəçi taksinin yük yerinə qoyularaq, xəstəxanaya çatdırılıb.

“Oriente Petrolero” – “Quabri Montero” matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button