“Bayern”in sabiq futbolçusu “Barselona”nın düşərgəsində

Almaniya millisinin və “Bayern”in sabiq müdafiəçisi Jerom Boatenq “Barselona”nın məşq bazasını ziyarət edib.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Klub sosial şəbəkə hesabında “Xoş gəldin, Jerom Boatenq” sözləri ilə onun gəlişini qeyd edib. Boatenq ziyarət zamanı “Barselona”nın baş məşqçisi Hans-Diter Flik, eləcə də komandanın hücumçusu Robert Levandovski və digər futbolçularla söhbət edib.

Boatenq bir neçə gün Kataloniya klubunun düşərgəsində olacaq. O, 37 yaşında futbolçu karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button