“Biz qələbəyə layiq idik” – Potter

“Çelsi”nin baş məşqçisi Qrem Potter İngiltərə Premyer Liqasının 27-ci turunun “Lester”lə oyunundan sonra (3:1) danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, matçın çox çətin keçdiyini, lakin qələbəyə layiq olduqlarını bildirib:

“Ard-arda qazandığımız üç qələbə komandanın inkişafı haqqında çox şey deyir. “Lester”ə qarşı oyun çox çətin oldu. Məncə, biz qələbəyə layiq idik.

Bu tempdə bir həftə ərzində üç qələbə qazanmaq çox gözəldir. Növbəti həftə də qələbə qazandıqdan sonra fasiləyə çıxacağıq. “Everton”la matçda qalib gəlməyə çalışacağıq”.

“Zadəganlar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 37 xalla 10-cu sırada yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button