“Biz hər zaman inkişaf etmək istəyən, uğura ac insanlarıq”

İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində öz meydanında “Norviç”ə 4:1 hesabı ilə qalib gələn “Liverpul”un yarımmüdafiəçisi Cordan Henderson matçdan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, növbəti matçlarda daha yaxşı çıxış etməyə çalışacaqlarını deyib:

“Bu, Premyer Liqanın ilk matçı idi. Mövsümə yaxşı start vermək istəyirdik və bunu bacardıq. İlk hissədə yaxşı oyun göstərdik və 4 qol vurduq. İkinci hissədə də bəzi şanslarımız oldu, amma oyuna daha yaxşı nəzarət edə bildik. Hələ də inkişaf etdirməyimiz lazım olan məqamlar var, amma ümumilikdə nəticədən və oyundan razıyıq. Bəzən top bizdə olarkən, matça yaxşı nəzarət edə bilmirdik və yaxşı mövqedə olmurduq. Bu, bizim yaxşılaşdırmağımız lazım olan məqamdır. Bu oyundan nəticə çıxaracağıq və növbəti matç üçün onları yaxşılaşdıracağıq. Biz hər zaman inkişaf etmək istəyən, uğura ac insanlarıq. Çox çalışmağa və yaxşı oyun göstərməyə davam etməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button