“Biz həm “Milan”la, həm də “Napoli” ilə mübarizə aparırıq”

“İnter”in hücumçusu Lautaro Martines A Seriyasında çempionluq uğrunda mübarizə ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı forvard əsas rəqiblərinin “Yuventus” olmadığını bildirib:

“Yuventus” əsas rəqibimizdir? Deməzdim, biz həm “Milan”la, həm də “Napoli” ilə mübarizə aparırıq, onlara güzəşt etmirik. Çempionat çox uzundur, hətta ilk dövrə hələ bitməyib”.

26 yaşlı futbolçu 2018-ci ildə “Rasinq”dən (Argentina) “İnter”ə keçib və onun klubla müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button