“Biz daha çox qol vurmalı idik” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə çempionatının 22-ci turunda “Çelsi” ilə oyunda qazanılan qələbəni şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandasının oyununu yüksək qiymətləndirib:

“Məncə, ayrı-ayrı oyunçular bir yerdə işləmədikdə, gözəl komanda oyunu ola bilməz. Başlanğıc parlaq idi. Biz əla idik, bu yüksək səviyyəli oyun idi. Ancaq biz daha çox qol vurmalı idik. Yaxşı oyunçu olmasan, “Çelsi”yə qarşı beş, altı qol vura bilməzsən”.

Qarşılaşma “Liverpul”un 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hazırda “qırmızılar” 51 xalla turnir cədvəlində birinci yerdədir. “Çelsi” isə 31 xalla 10-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button