Kompani Ronaldo haqda: “Bizə qaça bilən oyunçu lazımdır”

“Bernli”nin baş məşqçisi Vensan Kompani Kriştiano Ronaldonun “Mançester Yunayted”dən ayrılmasına münasibət bildirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, belçikalı baş məşqçi 37 yaşlı hücumçunun ayrılığından sonra klubda yaranacaq vəziyyət barədə fikir bildirib:

“Məncə, “Mançester Yunayted”in baş məşqçisi istisna olmaqla, sonda hamı itirəcək”.

Kompani portuqaliyalı futbolçunu komandasında görmək istəmədiyini etiraf edib:

“Onu “Bernli”yə gətirmək? Bizə qaça bilən oyunçular lazımdır”.

“Mançester Yunayted” və 37 yaşlı hücumçu qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Ronaldo bu səbəbdən 16 milyon funt-sterlinq itirəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button