Klubunu dəyişə bilər – 1 milyard avro qiymət qoyulan futbolçu

“Barselona”nın hücumçusu Ansu Fati 2023-cü ilin yayında klubu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko”nun oyunçusu Yannik Karrasko “Barselona”ya keçsə, o, Kataloniya təmsilçisindən ayrılacaq.

La Liqanın hazırkı lideri Memfis Depayın transferi ilə bağlı müqavilədə qeyd olunan güzəştli satınalma variantından istifadə etsə və Karrasko “Barselona”ya keçsə, Fati klubu tərk edə bilər.

İngiltərənin Premyer Liqa təmsilçiləri də hücumçunun xidmətində maraqlıdır.

Fati klubla cari müqaviləsini 2027-ci ilə qədər uzadıb. Onun müqaviləsində qeyd olunan təzminat məbləği 1 milyard avrodur.

İspaniyalı futbolçu 2022/23 mövsümündə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 31 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button