“Qarabağ” uduzdu, “Neftçi” qalib gəldi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 5-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Lider “Araz Naxçıvan” bu dəfə “Sumqayıt”ın əvəzedicilərini böyük hesabla məğlub edib. MOİK “Kəpəz”in ikinci komandasını məğlub yola saldığı halda, “Mingəçevir” “Şamaxı”nın əvəzedicilərinə uduzub. “Qəbələ” və “Zirə”nin əvəzedici komandalarının oyununda da sevinən tərəf qonaqlar olub.

Sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub. “Qaradağ Lökbatan” “İmişli” ilə ev oyununda darmadağına sevinib. “Zaqatala” isə “Neftçi”nin əvəzedicilərinə 2 cavabsız qolla uduzub. “Səbail” və “Qarabağ”ın əvəzedici komandaları arasındakı oyunda da meydan sahibləri qalib gəliblər.

Birinci divizion, 5-ci tur

28 sentyabr

Qəbələ-2 – Zirə-2 0:1
Qol
: Xəqani Sadıxov, 71.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Taleh Məmmədov, Şamil İmanzadə
Hakim-inspektor: Munis Abdullayev
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30

Araz Naxçıvan – Sumqayıt-2 4:0
Qol
: Orxan Əliyev, 27; 42; 64. Fərid Kərimzadə, 44.
Hakimlər: Namiq Bəkirov, Zöhrab Abbasov, Elman Kərimov, İrşad Aydınov
Hakim-inspektor: Əmrah İbrahimov
Naxçıvan Muxtar Respublika stadionu, 15:30

MOİK – Kəpəz-2 2:1
Qol
: Tural Nəsirov, 33. İlham Allahverdiyev, 83 – Zahid Mərdanov, 80.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
Binə qəsəbə stadionu, 15:30

Mingəçevir – Şamaxı-2 2:4
Qol
: Rüstəm Nuruyev, 5. Elvin Əlizadə, 90 – Xəyal İbrahimov, 52. Rövşən Şahmuradov, 70. Tapdıq Əhmədov, 73. Malik Nadirov, 88.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30

29 sentyabr

Qaradağ Lökbatan – İmişli 4:0
Qol
: Elnur Cəfərov, 16-pen; 50; 75. Rəvan Abasov, 87.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ramil Diniyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30

Səbail-2 – Qarabağ-2 2:1
Qol
: İbrahim Hüseynov, 27. Kizito Luvaqa, 56 – David Sayenko, 35.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Rasim Axundov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
“ASCO Arena”, 16:00

Neftçi-2 – Zaqatala 2:0
Qol
: Elşad Tağıyev, 60. Elcan Əbilov, 90+5.
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00

 Komanda.az
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button