“Araz Naxçıvan”dan növbəti qələbə

Futbol üzrə Azərbaycan 1-ci divizionda 6-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Şamaxı”nın əvəzediciləri ilə “Qaradağ Lökbatan” arasındakı oyunda qapılara qol vurulmayıb. “Qarabağ” və “Neftçi”nin əvəzedicilərinin duelində qonaqlar sevinən tərəf olub. “İmişli” isə doğma meydanda “Səbail”in ikinci komandasına məğlub olub.

Sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub. Lider “Araz Naxçıvan” səfərdə “Zirə”nin əvəzedicilərini tək qolla yenib. “Mingəçevir” isə “Kəpəz”in ikinci komandasına oxşar hesabla uduzub. MOİK də “Sumqayıt”ın əvəzedicilərinə məğlub olub. “Turan Tovuz”la “Qəbələ”nin əvəzedici komandalarının görüşü isə Tovuz təmsilçisinin inamlı qələbəsiylə bitib.

Birinci divizion, 6-cı tur

4 oktyabr

Qarabağ-2 – Neftçi-2 0:1
Qol: Vüsal Əsgərov, 27.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
Binə qəsəbə stadionu, 15:00

Şamaxı-2 – Qaradağ Lökbatan 0:0
Hakimlər: Kamran Əliyev, Səbuhi Soltanov, Anar Bədəlov, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
Şamaxı şəhər stadionu, 15:00

İmişli – Səbail-2 2:3
Qol
: Comərd Baxşəliyev, 23. Babək Yaqublu, 71 – Kizito Luvaqa, 11. Tural Bayramlı, 42. Ayaz Mikayılov, 84.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30

5 oktyabr

Zirə-2 – Araz Naxçıvan 0:1
Qol
: Orxan Əliyev, 14.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Munis Abdullayev
“ASK Arena”, 13:00

Kəpəz-2 – Mingəçevir 1:0
Qol
: Rauf Əliyev, 45+1.
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Rasim Axundov, İslam Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00

MOİK – Sumqayıt-2 1:3
Qol
: Fərmayıl Əliyev, 12 – Cavid Quliyev, 59; 78-pen. Nihad Əhmədzadə, 90+2.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Şamil İmanzadə
Hakim-inspektor: Orxan Məmmədov
Binə qəsəbə stadionu, 15:00

Turan Tovuz-2 – Qəbələ-2 2:0
Qol
: Rəşad Əliyev, 71. Akif Tağıyev, 90+2.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, İrşad Aydınov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Tovuz şəhər stadionu, 15:00

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button