Birdən yanıma gəldi və mənə “gedirəm” dedi – Marselo

“Real”ın braziliyalı futbolçusu Marselo, yayda “Yuventus”a transfer olunan keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqqında danışıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, Ronaldonun gedəcəyini Çempionlar Liqasının son finalından əvvəl bildiyini deyib:

“Çempionlar Liqasının finalından əvvəl məşq edirdik. Birdən Ronaldo yanıma gəldi və mənə, “gedirəm” dedi. Bu ayrılıq gerçəkləşənə qədər özümü təsəlli edirdim. O, transfer olunanda hər şeyi anladım”.

Son zamanlar adı “Yuventus”la yanaşı çəkilən futbolçu, “Yuventus” çox böyük bir klubdur, amma mənim “Real”la müqaviləm var” deyib.