“Bir dostu olaraq, ona yeni klub tapmasını tövsiyə edirəm” – “Bavariya”nın prezidenti

Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya”nın prezidenti Uli Honess, komandanın futbolçusu Jerom Boatenqlə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, 30 yaşlı futbolçunun Münhen təmsilçisində gələcəyinin olmadığını deyib:

“Artıq Boatenqin “Bavariya”da oynaması çətin görünür. Bir dostu olaraq, ona yeni klub tapmasını tövsiyə edirəm. Onun yeni bir macəraya ehtiyacı var”.

2011-ci ildən “Bavariya”nın şərəfini qoruyan almaniyalı futbolçu, bu mövsüm 28 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button