“Bir daha deyirəm: ən yaxşı futbolçunu təhqir etmək dəlilikdir”

Çilili yarımmüdafiəçi Arturo Vidal PSJ-də forma geyinən Lionel Messi haqda danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, Paris klubunun azarkeşləri tərəfindən müxtəlif təhqirlərə məruz qalan argentinalı futbolçunu müdafiə edib:

“Messini təhqir etmək dəlilikdir. İnsanlar getdikcə ağıllarını itirirlər. Həqiqət budur. Dünyanın ən yaxşı oyunçusuna qarşı o cür rəftar etmək olmaz, sadəcə onun oyununu izləmək olar.

Lionel PSJ ilə UEFA Çempionlar Liqasını və Fransa kubokunu qazanmasa belə, Liqa 1-in lideridir. Eyni zamanda, o, dünya çempionudur. PSJ-də bütün yarışlarda iştirak edib, heç vaxt zədə almayıb.

Kilian Mbappe ilə birlikdə çoxlu qollar vurub. Komandanın aktivində olan məhsuldar ötürmələrin çoxu ona məxsusdur. Bir daha deyirəm: ən yaxşı futbolçunu təhqir etmək dəlilikdir. Nə edək? İnsanlar həmişə belədirlər”.

35 yaşlı futbolçu Fransa çempionatının 33-cü turunun “Loryan” ilə qarşılaşmasından sonra (1:3) Səudiyyə Ərəbistanına səfər edib. PSJ rəhbərliyi bu səbəbdən Lioneli iki həftə müddətinə məşqlərdən uzaqlaşdırıb.

Messi dünən komandadan üzr istədiyini özündə əks etdirən video yayımlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button