Reytinq: Şəhriyar və Teymur “10-luq”da

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov 2777 xalla 8-ci yerdədir.

Ötən ilin oktyabrında dünya kubokunun qalibi olan Teymur Rəcəbov isə 1 pillə irəliləyib. O, 2765 xalla 10-cudur.

Qədir Hüseynov isə 2 pillə irəliləyib və 2666 xalla 72-cidir. Nicat Abbasov 2670 xalla 4 pillə yüksələrək 67-ci yerdədir.

Qadınlardan da 4 şahmatçı “100-lük”-də yer alıb. Reytinqdə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2455 xalla 28-ci sıradadır. Gülnar Məmmədova (2386) 75-ci, Ülviyyə Fətəliyeva (2377) 86-cı pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button