“Beşiktaş”ın sabiq legioneri yenidən Super Liqaya döndü

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı müdafiəçi Duşko Toşiçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Çinin “Quançjou” komandasında çıxış etmiş 36 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Serbiya yığmasının da sabiq üzvü olan Toşiç, daha öncə Türkiyədə “Gənclərbirliyi” və “Beşiktaş” klublarının da uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button