“Beşiktaş”ın 1/4 finaldakı rəqibi bəlli oldu

Futbol üzrə Türkiyə kubokunda 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, “Beşiktaş”ın da növbəti rəqibi bəlli olub.

İstanbul təmsilçisi yarımfinala vəsiqə uğrunda “Kayserispor”la qarşılaşacaq. “Trabzonspor” isə “Antalyaspor”la mübarizə aparacaq.

1/4 final matçları bir oyundan ibarət olacaq. Bu mərhələnin oyunları 1, 2 və 3 martda keçiriləcək. Yarımfinal görüşləri isə ev-səfər prinsipi ilə təşkil olunacaq. İlk oyunlar 19, 20 və 21 martda, cavab görüşləri isə 10, 11 və 12 mayda baş tutacaq.

Türkiyə kuboku, 1/4 final

Trabzonspor – Antalyaspor
Sivasspor – Fatih Karagümrük
Alanyaspor – Qaziantep
Beşiktaş – Kayserispor

Yarımfinal

Trabzonspor/Antalyaspor – Beşiktaş/Kayserispor
Alanyaspor/Qaziantep – Sivasspor/Fatih Karagümrük

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button