İstanbul derbisində 6 qolluq heç-heçə

Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Trabzonspor” “Göztəpə”, “Yeni Malatyaspor” isə “Rizəspor” səfərinə yollanıb. “Trabzonspor”la “Rizəspor” bu oyunlarda 3 xalı 3 qolla qazanıb.

Şənbə gününə 3 oyun planlaşdırılsa da, “Başakşəhər” – “Bursaspor” oyunu əlverişsiz hava şəraiti səbəbindən bir gün sonraya keçirilib. “Sivasspor” doğma meydanda “Antalyaspor”a uduzub. “Alanyaspor” isə evdə “Kasımpaşa”nı 3 cavabsız qolla məğlub edib.

Bazar günü dörd oyun keçirilib. “Ankaragücü” “Ərzurumspor”u məğlub yola saldığı halda, “Konyaspor” evdə “Kayserispor”a uduzub. Bir gün öncədən təxirə salınmış oyunda lider “Başakşəhər” doğma meydanda “Bursaspor”u darmadağın edib. Onun əsas izləyicisi “Qalatasaray” da “Akhisarspor”la ev oyununda son dəqiqə qolu ilə qələbə qazanıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Cari mövsümdə uğursuz çıxış edən “Fənərbaxça” “Beşiktaş”la qarşılaşıb. İstanbul derbisində iki fərqli hissə baş tutub. İlk yarıda meydan sahibləri 3 qol vurublar. Amma fasilədən sonra qonaqlar buraxılan qolların əvəzini çıxıblar. Nəticədə, 6 qolluq oyunda qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası, 23-cü tur

22 fevral

Göztəpə – Trabzonspor 1:3
Qol: D.Kadah, 71-pen – Rodalleqa, 27. A.Parmak, 73. Kadu, 90-öz qapısına.

Rizəspor – Yeni Malatyaspor 3:0
Qol: Şaheşuhe, 27. Muriqi, 89. Nakulma, 90.

23 fevral

Sivasspor – Antalyaspor 1:2
Qol: A.Kone, 65 – N.Sanqare, 36. S.Dukara, 45-pen.

Alanyaspor – Kasımpaşa 3:0
Qol: Sisse, 7; 54. Sural, 89.

24 fevral

Ankaragücü – Ərzurumspor 2:1
Qol: Boyd, 25. Orgill, 90 – Opset, 47.

Konyaspor – Kayserispor 0:1
Qol: D.Turuç, 59.

Qalatasaray – Akhisarspor 1:0
Qol: K.Mitroqlu, 90.

Başakşəhər – Bursaspor 3:0
Qol: Mossoro, 17. Vişça, 40. D.Ba, 90.

25 fevral

Beşiktaş – Fənərbaxça 3:3
Qol: G.Gönül, 10. B.Yılmaz, 18-pen; 45 – M.Zayç, 55. S.Çiftpınar, 62. H.A.Kaldırım, 67.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 21 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button