“Beşiktaş” səfərdən 1 xalla döndü

Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Qaziantep” doğma meydanda “Ankaragücü”nü minimal hesabla üstələyib. “Ümraniyəspor” isə “Antalyaspor”la ev oyunundan məğlub ayrılıb. Altı qolun qeydə alındığı “Alanyaspor” – “Beşiktaş” matçında isə qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası
2-ci tur
14 avqust

Qaziantep – Ankaragücü 1:0
Qol
: E.Ersoy, 47.

Ümraniyəspor – Antalyaspor 0:1
Qol
: Rayt, 59.

Alanyaspor – Beşiktaş 3:3
Qol
: E.Bəkiroğlu, 45+3. Sayss, 81-öz qapısına. Kandeyas, 90+2 – Nkudu, 3. S.Uçan, 20. Gezzal, 31-pen.