DÇ-2026: “Hər oyunda çətinliklə üzləşəcəyik”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Şimali Amerikada keçirilən 2026-cı il dünya çempionatında komandasının favoritlər sırasında göstərilməsinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis favorit statusunun uğur qazanmağa təminat vermədiyini deyib:

“Favorit statusu ümumiyyətlə heç nəyə zəmanət vermir. Dünya çempionatı kimi turnirdə qələbəyə iddialı çoxlu komandalar olur. Hətta əvvəlcədən favorit hesab edilməyən komanda da sonda çempion ola bilər. Mundialda hər oyunda çətinliklə üzləşəcəyik”.

İspaniya millisi dünya çempionatındakı ilk oyununu bu gün Kabo-Verde yığmasına qarşı keçirəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button