
DÇ-2026: İsveç Tunis millisini məğlub etdi
Futbol üzrə dünya çempionatında İsveç millisi Tunisi məğlub edib.
Komanda.az xəbər verir ki, Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalılar 5:1 hesablı qələbəyə sevinib.
İsveç millisinin qollarını Yasin Ayyari (7, 90+6), Aleksander İsak (30), Viktor Qyokereş (59) və Mattias Svanberq vurublar. Tunisin yeganə qolu Omar Rekikin (43) aktivinə yazılıb.
Bu qrupun Niderland – Yaponiya oyunu 2:2 hesabı ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



