
“Milan” Amorimlə tam razılığa gəlib
Ötən mövsümün sonunda Massimilano Alleqri ilə yollarını ayıran “Milan” yeni baş məşqçi kimi Ruben Amorimlə anlaşıb.
Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, “Mançester Yunayted”in sabiq çalışdırıcısının İtaliya klubu ilə razılaşması artıq tam yekunlaşıb.
Bildirilir ki, portuqaliyalı mütəxəssisin “Milan”la müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. Onun illik qazancı vergilər çıxıldıqdan sonra təxminən 3,5 milyon avro olacaq. Amorimin müqaviləsində həm A Seriyasında, həm də UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində uğurlu nəticələrə görə bonuslar da nəzərdə tutulub.
“Milan” ötən mövsüm İtaliya çempionatını turnir cədvəlinin 5-ci pilləsində tamamlayaraq, Avropa Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



