“Ançelotti mənim üçün ata kimi idi” – Sabiq futbolçu

Sabiq futbolçu Aleşandro Pato, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı sabiq futbolçu, daha əvvəl “Milan”da birlikdə çalışdığı 67 yaşlı mütəxəssis haqda bunu deyib:

“Hər dəfə Ançelotti haqqında danışanda hisslər məni bürüyür. Mənim üçün o, həmişə sadəcə məşqçidən daha çox olub, demək olar ki, ata kimi idi. Onun bütün dərslərini xatırlayıram. Ançelotti mənə hörmət kimi vacib bir dəyər aşılayıb”.

Ançelotti 2025-ci ilin yayından Braziliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının qrup mərhələsində ilk oyununda Mərakeş yığması ilə 1:1 hesablı heç-heçə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button