DÇ-2026: Almaniya millisi ilk oyununa çıxacaq

ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatında daha dörd oyun keçiriləcək.

Komanda.az xəbər verir ki, E qrupunun ilk matçında Almaniya Kurasao ilə üz-üzə gələcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

F qrupunun Niderland – Yaponiya görüşü saat 00:00-da, E qrupunun Fildişi Sahili – Ekvador dueli saat 03:00-da başlayacaq.

Saat 06:00-da isə F qrupunun İsveç – Tunis oyununa start veriləcək.

DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026

14 iyun

E qrupu

21:00. Almaniya – Kurasao

Baş hakim: Calal Cayed (Mərakeş)

Hyuston stadionu

15 iyun

F qrupu

00:00. Niderland – Yaponiya

Baş hakim: İsmail Elfat (ABŞ)

Dallas stadionu

E qrupu

03:00. Fildişi Sahili – Ekvador

Baş hakim: Fransua Leteksye (Fransa)

Filadelfiya stadionu

F qrupu

I tur

06:00. İsveç – Tunis

Baş hakim: Yael Falkon (Argentina)

Monterrey stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button