DÇ-2026: Almaniya millisindən darmadağın

Futbol üzrə dünya çempionatında Almaniya Kurasaoya böyük hesabla qalib gəlib.

Komanda.az xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar 7:1 hesablı qələbəyə seviniblər.

Bundestimin qollarını Feliks Nmeça (6), Niko Şlotterbek (38), Kay Haverts (45+5-pen, 88), Camal Musiala (47), Nataniel Braun (68) və Deniz Undav (78) vurublar. Kurasaonun yeganə qolu isə Livano Komenensiyanın (21) ayağına yazılıb.

Bu qrupun digər oyunu bu gecə saat 03:00-da Fildişi Sahili və Ekvador komandaları arasında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button