
Kukurella Madrid klublarının hədəfindədir
“Çelsi”nin müdafiəçisi Mark Kukurella karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə La Liqanın iki klubu – “Atletiko” və “Real” maraqlanır. Hər iki Madrid klubunun yay transfer dövründə müdafiəçini heyətinə qatmaq istədiyi bildirilir.
Kukurella 2025/26 mövsümündə 50 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. “Transfermarkt” oyunçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



