“Beşiktaş” Ramos və Talişkanı transfer edəcək? – Açıqlama

“Beşiktaş” sosial şəbəkə hesabında Anderson Taliska və Serxio Ramosun mümkün keçidi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, adıçəkilən futbolçular İstanbul klubuna keçməyəcək. Buna səbəb isə maddi məsələlərdəki anlaşılmazlıq olub.

Xatırladaq ki, bir müddət öncə “Sevilya”nın prezidenti Pepe Kastro Ramosun La Liqa təmsilçisinə dönməsini istəmədiyini bildirmişdi.

İspaniyalının sonuncu iş yeri Fransanın PSJ klubu olub. Taliska isə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”də karyerasını davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button