“Beşiktaş” İtaliya klubu ilə anlaşdı – 10 milyon avro müqabilində

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Dorukhan Toközün “Udineze” klubunun transfer hədəfində olduğunu xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bir neçə dəfə “Udineze”nin təklifini rədd edən İstanbul klubu ilə razılıq əldə olunub. İtaliya klubunun 23 yaşlı yarımmüdafiəçi üçün “ağ-qaralar”a 10 milyon avro ödəyəcəyi bildirilir.

“Udineze”nin bu transferi tezliklə rəsmən açıqlayacağı gözlənilir.

Dorukhan ötən ilin yayında “Əskişəhərspor”dan azad agent kimi “Beşiktaş”a keçib. O, bu komanda ilə meydana çıxdığı 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button