“Beşiktaş” futbolçusunu icarəyə verdi

“Beşiktaş” futbolçusu Muhayer Oktayı icarəyə verib.

Komanda.az xəbər verir ki, gənc futbolçu TFF 1-ci Liqa təmsilçisi “Girəsunspor”a keçib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu mövsümün sonunadək Girəsun təmsilçisinin uğurları üçün çalışacaq.

Muhayer Oktay ötən mövsüm Düsseldorf “Fortuna”sından “Beşiktaş”a transfer olunub. O, İstanbul təmsilçisində cəmi 3 oyun keçirib.

Yeri gəlmişkən, “Beşiktaş” digər futbolçusu Dorukhan Toközla yeni müqavilə imzalamağa hazırlaşır. Türkiyə mətbuatının yazdığına görə, tərəflər müddəti 2024-cü ilin yayına qədər olan yeni müqaviləyə imza atacaqlar. Əvvəlki müqavilənin müddəti 2021-ci ildə bitəcək.