Berezutski: “Sanki bu gün hakimlər VAR-a gəlməmişdi”

“Sabah” Azərbaycan kubokunun yarımfinal matçında bu gün “Neftçi”nin qonağı olub.

Komanda.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib. Rusiyalı çalışdırıcı 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

“Sadəcə, bu gün uşaqlara əhsən demək istəyirəm. Sanki bu gün hakimlər VAR-a gəlməmişdi. Bu gün təkcə 11 futbolçuya qarşı yox, əlavə üç hakimə qarşı da oynayırdıq”.

Berezutski jurnalistlərin suallarını gözləmədən mətbuat konfransını tərk etdi.

Komandalar arasında cavab matçı aprelin 23-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button